Reynaldonun yeni baş məşqçisi

Reynaldonun yeni baş məşqçisi
20:57 10 Aprel 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin “Adanaspor” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. Fanat.Az xəbər verir ki, Adana təmsilçisini Eyüp Arın çalışdıracaq.


O, bu postda ötən gün istefaya verən Levent Şahini əvəzləyib. Klubun aşağı yaş qrupları üzrə komandasına baş məşqçi vəzifəsində çalışan Arının əsas vəzifəsi komandanı Superliqada saxlamaq olacaq. Əgər 54 yaşlı çalışdırıcı qarşısına qoyulan məqsədə çata bilsə, onunla yeni müqavilə imzalanacaq.


Qeyd edək ki, “Qarabağ”ın sabiq futbolçusu Reynaldonun çıxış etdiyi “Adanaspor” Superliqada geridə qalan XXVII turda cəmi 20 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-reynaldonun-yeni-ba-mqcisi-t57491.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR