Qərənfil necə və nə vaxt əkilir?

Qərənfil necə və nə vaxt əkilir?
21:12 10 Aprel 2017
137 Maraqlı
Ölkə mətbuatı
A- A+

Qərənfil isti və mülayim iqlim qurşaqlarında yetişir. Ana vətəni Aralıq dənizi bölgəsidir. Bu səbəbdən də əkmək məsləhətdir. Aprel ayında əkilən qərənfil may, iyun, iyul aylarında çiçək açmağa başlayır. Milli.Az lent.az-a istinadən qərənfil yetişdirməyin bir neçə sirləri ilə sizi tanış edir.

İlk növbədə onu bildirək ki, qərənfil toxum kimi əkiləcəksə, aprel ayında aralarında 2-4 sm məsafə olmaqla əkilməlidir. Cücərdikdən sonra əkildiyi yerdən ehtiyatla götürülərək, başqa qabda əkilməlidir.
 
Qərənfil çiçəyi nəm az olan quraq və isti yerlərdə yetişir. Əhəngli torpaqları sevmirlər. Günəşli sahələri çox sevən qərənfil çiçəyi qida maddəsi ilə zəngin torpaqlarda yetişdirilməlidir.
 
Qərənfil fərqli rəng çalarları olan və çox çiçək verən bir bitki olduğu üçün sulanması olduqca əhəmiyyətlidir. Qərənfili sulayarkən mütləq torpağın nəminə nəzarət edilməlidir. Torpaq çox nəmli və ya yaşdırsa, suvarma planınızı bir müddət təxirə salın. Əgər torpaq qurumağa başlayarsa, o zaman suvarmaq lazımdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/532245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR