Suriya "düyünü" - "Qaranlıq məqamlar çoxdur"

Suriya "düyünü" - "Qaranlıq məqamlar çoxdur"
21:12 10 Aprel 2017
128 Ölkə
Ölkə mətbuatı
A- A+

"ABŞ-ın Suriyaya raket zərbəsi endirməsinin məqsədi heç də bəzilərinin dediyi kimi, əzilməkdə olan "İŞİD" terrorçularına dəstək vermək deyil. Məsələnin mahiyyəti budur ki, Bəşər Əsəd Suriyada öz hakimiyyətini insanları qırmaqla qoruyub saxlayır. Bu isə heç kim tərəfindən qəbul olunmur".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.

ABŞ-ın bu hərəkətindən qəzəblənən Rusiyaya gəlincə, millət vəkilinin fikrincə, onun Suriyada mövcudluğu ümumiyyətlə anlaşılmazıdır: "Rusiya Suriyaya əslində özünə alver imkanı yaratmaq üçün girmişdi. Məqsəd bu idi Ukrayna məsələsində onun əl-qolunu açsınlar, amma açmırlar və açmayacaqlar da. Ona görə də Rusiyanın Suriyadakı fəaliyyətini milli maraqlara bağlamaq qeyri-mümkündür. Rusiyanın Suriyada nə axtardığını anlamaq çətindir".

R.Musabəyov hesab edir ki, hazırda Azərbaycan üçün vacib olan məsələ mövcud durumda Türkiyənin özünü necə aparmasıdır: "Maraqlıdır, Türkiyə bu situasiyada hansısa razılaşma əsasında Rusiya və İranla birgə fəaliyyət göstərəcək, yoxsa öz müttəfiqi olan ABŞ-la? Hələlik bu sual açıq olaraq qalır. Ümumiyyətlə, Suriya məsələsində qaranlıq məqamlar çoxdur və onlara aydınlıq gətirmək, ortaya çıxan suallara cavab vermək çətindir".

İlkin İzzət

Mill.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/533846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR