Cənubi Sudanda toqquşmalar baş verib: 15 ölü, 10 yaralı

Cənubi Sudanda toqquşmalar baş verib: 15 ölü, 10 yaralı
21:37 10 Aprel 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

Cənubi Sudanın sayca ikinci ən iri Vau şəhərində toqquşmalar baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ordu və müxalif qüvvələr arasında baş verən toqquşmalarda 15 nəfər ölüb, 10 nəfər yaralanıb.

Cənubi Sudanda 2013-cü ildən etibarən  prezident Salva Kiirin hökuməti və müxalifət arasında vətəndaş müharibəsi davam edir. Qeyd edək ki, Cənubi Sudan 2011-ci ildə referendum nəticəsində Sudandan ayrılaraq müstəqilliyini elan edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/533866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR