Gözəl Bayramlıdan Ramin Hacılıya ittiham: “AXCP-nin saxta vəsiqəsini satır”

Gözəl Bayramlıdan Ramin Hacılıya ittiham: “AXCP-nin saxta vəsiqəsini satır”
21:43 10 Aprel 2017
179 Digər
Ölkə mətbuatı
A- A+

AXCP sədrinin müavini Gözəl Bayramlı Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının saxta partiya sənədi düzəldərək azərbaycanlıların Avropaya mühacirət etməsinə şərait yaratdığına dair iddia irəli sürüb.

Teleqraf.com-un məlumatına görə, Gözəl Bayramlı sosial şəbəkələrdə Türkel adlı cəbhəçiyə istinad edərək Almaniyaya mühacirət etmiş azərbaycanlının bu faktın üstünü açdığını qeyd edib. İddiaya görə, Ramin Hacılı həmin şəxsə 3 min manata AXCP-yə məxsus partiya bileti və naməlum şəxslər tərəfindən döyülməyi ilə bağlı sənəd verib.

Türkel Azərtürk adlı feysbuk istifadəçisi Almaniyaya mühacirət etmiş azərbaycanlıya məxsus saxta sənədin də fotosunu paylaşıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/194538.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR