Bakıda bina uçur: sakinlər üçün həyətdə çadır quruldu - VİDEO

Bakıda bina uçur: sakinlər üçün həyətdə çadır quruldu - VİDEO
22:13 10 Aprel 2017
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı bina uçmaq təhlükəsi qarşısındadır.

Publika.az bildirir ki, "Energetika" pansionatı adlanan bina artıq Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən boşaldılıb, bina sakinləri təxliyə edilib.

Məcburi köçkünlərdən yaşamaq üçün başqa yeri olmayanlar üçün binanın həyətində 70-ə yaxın çadır qurulub.

Çadırlar hər cür şəraitlə təmin edilib, ərazi FHN əməkdaşlarının nəzarətinə götürülüb. (xezerxeber.az)
Bakıda bina uçur: Sakinlər üçün həyətdə çadır quruldu


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/194543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR