60 yaşlı kişi özünü asdı - Zaqatalada

60 yaşlı kişi özünü asdı - Zaqatalada
22:29 10 Aprel 2017
101 Digər
Ölkə mətbuatı
A- A+

Zaqatalada 60 yaşlı kişi özünü təndirxanada asıb.

 

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə aprelin 10-u, saat 15:30 radələrində rayonun Mazıx kəndində qeydə alınıb.

 

 Kənd sakini, 1957-ci il təvəllüdlü Məzahir Fazil oğlu Allahverdiyevin meyiti yaşadığı evin həyətyanı sahəsindəki təndirxanada asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

 

Aparılan ilkin araşdırma zamanı 60 yaşlı Məzahir Allahverdiyevin hələki istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271838

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR