Avropadakı böhranın səbəbi: Qadınlar və içki -

Avroqrupun prezidenti Yeron Deyşelblum Avropa ölkələri haqqında dediklərinə aydınlıq gətirməyə çalışır.

Metbuat.az-ın məlumatına görə, hollandiyalı siyasətçi daha öncə "De Volskrant"a verdiyi müsahibədə iqtisadi böhranla üzləşən Avropa ölkələrinin vəziyyətini belə izah etmişdi: "Bütün pulumu içkiyə və qadınlara xərclədikdən sonra sizdən kömək istəyə bilmərəm".

Bu ifadələr Avropada böyük söz-söhbətə səbəb olmuşdu.

"Frankfurter Allgemeine Zeitung"a açıqlama verən Deyşelblum dediklərinə aydınlıq gətirib:

"Böyük günah işləmişəm kimi davranırlar. Həmin vaxt bir az yorğun idim. 8 illik böhran siyasətinə qarşı hirsliyəm. Bu qədər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR