Bu məcun nələrə qadirdir

Bu məcun nələrə qadirdir
22:42 10 Aprel 2017
168 Ölkə
Ölkə mətbuatı
A- A+

Məcunlarla müalicə bizdə yayğın olmasa da məncə bu müalicə üsulunu genişləndirmək lazımdır. Çünki tarixən təbiblər bal, bitki qarışımlı məcunlardan istifadə etmişlər.

Məcunların bir üstünlüyü də bitkilərin təbii forması dəyişilmədən sadəcə üyüdülərək bal ilə qarışdırılmasıdır ki, bu da vitamin və mineral tərkibinin olduğu kimi saxlanılması deməkdir. Milli.Az Fizulihuseynov.com-a istinadən bildirir ki, bu məcun insanın bütün hallarında həm xəstə halında, həm sağlam halında da istifadə oluna bilər.

Davamlı istifadə zamanı çox güclü bir immunitet əmələ gəlir, sinir pozulmalarında, iltihabi xəstəliklərdə, vərəmdə, pnevmoniyada, bronxitdə, böyrək iltihabi xəstəliklərində, tez-tez xəstələnmələrdə, tez-tez boğazgəlmələrdə, görmə zəifliyində, beyin-qan dövranı pozulmalarında, yaddaşsızlıqda, diqqətsizlikdə, skleroz xəstəliyində, revmatizm xəstəliyinin bütün növlərində və bura yazmadığım neçə-neçə xəstəliklərdə istifadə edə bilərsiniz.
Tərkibi:
Ud hindi - 80 qram
Qarazirə - 80 qram
Propolis - 40 qram
Bal - 1 kq
Deməli, propolisi 1 gün soyuducunun buzxanasında saxlayıb, sonra sürtkəçdən keçirin. Bitkiləri toz formasına salıb bal ilə yaxşı-yaxşı qarışdırın, şüşə bankaya yığıb ağzını bağlayın. Məcunu adi otaq tempraturunda illərlə saxlaya bilərsiniz, əgər dadı xoşunuza gəlməsə əlavə olaraq bal da qarışdıra bilərsiniz.
Böyüklər gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl 1 çay qaşığı, uşaqlar isə gündə 3 dəfə yarım çay qaşığı istifadə edə bilərlər. Onu da xatırladım ki, məcun başdan-başa antioksidantdır, xərçəng xəstəliyinin həm müalicəsində, həm də bu xəstəliyə tutulmamaq üçün məcundan istifadə edə bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/533625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR