Zaqatala İNTİHAR: 60 yaşlı kişi təndirxanada...

Zaqatala İNTİHAR: 60 yaşlı kişi təndirxanada...
22:53 10 Aprel 2017
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatalada 60 yaşlı kişi özünü təndirxanada asıb.

Publika.az xəbər verir ki, hadisə aprelin 10-u, saat 15:30 radələrində rayonun Mazıx kəndində qeydə alınıb.

Kənd sakini, 1957-ci il təvəllüdlü Məzahir Fazil oğlu Allahverdiyevin meyiti yaşadığı evin həyətyanı sahəsindəki təndirxanada asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

Aparılan ilkin araşdırma zamanı 60 yaşlı Məzahir Allahverdiyevin hələ ki istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/194544.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR