Bir milyon xərclədiyi sevgilisindən ayrıldı - FOTO

Bir milyon xərclədiyi sevgilisindən ayrıldı - FOTO
23:47 10 Aprel 2017
269 Maraqlı
Ölkə mətbuatı
A- A+

Müğənni Meray Keri özündən yaşca kiçik sevgilisi, rəqqas Brayan Tanaki ilə yollarını ayırıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 5 ay sevgili olan cütlüyün ayrılmağını Meray istəyib. Belə ki, Brayanın külli miqdarda pul xərcləməsi sənətçinin xoşuna gəlməyib. Keri anlayıb ki, gənc rəqqas alfonsdur və münasibətlərə son qoyub.

Meraya yaxın mənbənin sözlərinə əsasən, sənətçi qısa müddətdir görüşdüyü sevgilisinə bir milyon dollardan çox pul xərcləyib.

Xatırladaq ki, bir müddət öncə yayılan məlumata görə, müğənninin ailəsi də Brayanla olan münasibətə qarşı çıxıb. Onlar rəqqasın Kerini deyil, pulunu sevdiyini bildiriblər.

Qeyd edək ki, M.Keri iki dəfə ailəli olub. O, 2015-ci ildə əkizlərinin atası Nik Kennondan, 2016-cı ildə isə, milyarder həyat yoldaşı Ceyms Pakerdən ayrılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/533893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR