Piylər həyatı uzadır

Piylər həyatı uzadır
23:57 10 Aprel 2017
146 Ölkə
Ölkə mətbuatı
A- A+

Stenford və Harvard Universitetlərinin (ABŞ) mütəxəssisləri araşdırma nəticəsində belə qərara gəliblər ki, faydalı piylərin istehlakı orqanizmə müsbət təsir edir və hətta insanın həyatını uzadır.

Piylər iki cür olur - yaxşı və pis. Doymuş piylər pis sayılır. Bu piylər yağlı ət və süd məhsullarının tərkibinə daxildir. Belə hesab olunur ki, məhz bu piylər orqanizmdə pis xolesterinin səviyyəsini qaldırır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, yaxşı piylərə doymamış piylər aiddir. Belə piylər balıq, bitki yağları (xüsusilə zeytun yağı), qoz, tum, yağlılığı az olan ətdə var. Belə piylərin istehlakı əksinə faydalıdır, insanda ürək-damar sistemi xəstəliklərinin və şəkərli diabetin inkişafı riskini azaldır və həyatını uzadır.

Alimlər sübut edir ki, müasir insanların piylərin qəbulunu azaltması, piylərdən imtina etməsi, pəhrizlərdən sui-istifadə fəlakətli nəticələrə səbəb olur, maddələr mübadiləsi proseslərini pozur, insanın həyatını qisaldır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/533620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR