Qapıçının hərəkəti stadionu döyüş meydanına çevirdi - VİDEO

Qapıçının hərəkəti stadionu döyüş meydanına çevirdi -   VİDEO
00:07 11 Aprel 2017
116 İdman
Ölkə mətbuatı
A- A+

Braziliyada keçrilən futbol matçında qapıçının oyunun sonunda topu zərbə ilə rəqib tribunaya göndərməsi kütləvi davaya səbəb olub.


Fanat.Az xəbər verir ki, hadisə "Atletiko PR" ilə "Parana" arasındakı qarşılaşmada baş verib.


Kubok oyununda "Parana" uduzaraq mübarizəni dayandırıb. Matç başa çatan kimi "Atletiko PR"nın qapıçısı Veverton topu zərbə ilə rəqib tribunaya vuraraq aranın qarışmasına səbəb olub.


Onun bu hərəkətinə əvvəlcə trinbunalar, sonra "Parana"lı futbolçular etiraz edib. Nəticədə iki komandanın futbolçuları və texniki heyəti arasında kütləvi dava baş verib. Matçın hakimi Vevertonla yanaşı, daha 3 futbolçuya qırmızı vərəqə göstərib.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qapcnn-hrkti-stadionu-doyu-meydanna-cevirdi-t57492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR