Avropadan Asiyaya... -

İngiltərədən Çinə gedəcəyi planlaşdırılan ilk yük qatarı bu gün yola düşüb.

Metbuat.az-ın məlumatına görə, içki, vitamin və uşaqlar üçün məhsullar daşıyan 30 vaqonlu qatarın 12 min km-lik səfəri 3 həftə davam edəcək.

Qatar Fransa, Belçika, Almaniya, Polşa, Belarus, Rusiya və Qazaxıstan ərazilərindən keçərək Çinin şərqindəki Yivu şəhərinə çatacaq.

"DP World London Gateway" şirkətinin nümayəndəsi dəmiryolu vasitəsilə yükdaşımaların hava nəqliyyatından daha ucuz, gəmilərlə müqayisədə isə daha sürətli olduğunu deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR