Gəncədə iki avtomobil toqquşdu, 4 nəfər xəsarət aldı

Gəncədə iki avtomobil toqquşdu, 4 nəfər xəsarət aldı
01:43 11 Aprel 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə şəhərin Əbülulla Gəncəvi küçəsində qeydə alınıb. “VAZ 2107” və “QAZ 24” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-da olan 1987-ci il təvəllüdlü Ələsgərov Ruslan Sənan oğlu və “QAZ 24”-də olan 3 qadın, 1988-ci il təvəllüdlü Məmmədova Aynur Qərib qızı, 1966-cı il təvəllüdlü Məmmədova Gülnara Rəşid qızı, 1974-cü il təvəllüdlü Məhərrəmov Məhəbbət Rəşid qızı müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/194554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR