Bakıda kütləvi dava - iki nəfər bıçaqlandı -FOTO

Bakıda kütləvi dava - iki nəfər bıçaqlandı -FOTO
05:58 11 Aprel 2017
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnmiş kütləvi dava olub.

“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Asif Məhərrəmov küçəsində yerləşən yaşayış binasının önündə 4 nəfər arasında kütləvi dava baş verib. Nəticədə 1990-cı il təvəllüdlü Həsənov Xansu və 1988-ci il təvəllüdlü Səbuhi Ağayev bıçaqlanıb.

X.Həsənov çoxlu qan itirdiyindən yaxınlıqda yerləşən M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

S.Ağayev isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/194564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR