Sürücüsüz avtomobillər qəzaya az düşəcək

Sürücüsüz avtomobillər qəzaya az düşəcək
07:37 11 Aprel 2017
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Cognitive Technologies" şirkətinin mütəxəssisləri sürücüsüz avtomobillərin qəzaya düşməsini 20 faiz azaldan texnologiya yaradıblar.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, sürücüsüz avtomobillər yollardakı hazırkı vəziyyəti anlamaq üçün müfəssəl məlumata malik deyillər. Məlumatların düzgün inteqrasiyası informasiyanın tam təmininə imkan verəcək. Yeni sistemdə obyektədək olan məsafəni müəyyənləşdirə bilən müxtəlif sensorlardan daxil olan məlumatlar yer alacaq.

Şirkət mütəxəssisləri yeni texnologiyanı Rusiya yollarında sınaqdan keçirərək min km. qət ediblər.

Ekspertlərin fikrincə, texnologiyanın tətbiqi sürücüsüz avtomobillərin qəzaya düşmə ehtimalını xeyli azaldacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/533454.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR