“Facebook” icazəsiz yayılan intim materialları blok edəcək

“Facebook” icazəsiz yayılan intim materialları blok edəcək
07:52 11 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Facebook" istifadəçilərdən icazəsiz yayılan, onların şərəf və ləyaqətini alçaldan intim xarakterli fotolarının yayılması ilə mübarizə aparacağını bəyan edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin bloqunda sosial şəbəkənin qlobal təhlükəsizlik departamentinin rəhbəri Antiqon Devis məlumat verib.  
 
Xanım Devis bildirib ki, "Facebook", eləcə də ona məxsus olan "Instagram" və "Messenger" hər hansı istifadəçi haqqında başqaları tərəfindən qəsdən və icazəsiz yayılan intim materialları blok edəcək: "İstifadəçilər bizə bu cür hallar barədə məlumat verən kimi biz o materialların yayılmasını əngəlləyəcəyik".  
 
A. Devis bunun üçün "Şikayət" düyməsini baxmağın yetərli olduğunu söyləyib. Bundan sonra əməkdaşlar həmin foto və ya videonun sosial şəbəkənin qaydalarına zidd olub-olmadığını yoxlayacaq: "Əksər hallarda biz intim fotoların icazəsiz yayılmasına görə həmin səhifəni bloklayırıq. Eyni zamanda, biz istifadəçilərə apellyasiya hüququ da veririk. Çünki materialların silinməsi səhv də ola bilər".
 
A. Devis əlavə edib ki, "Facebook"un apardığı xüsusi araşdırmaya əsasən porno-qisasçılığa məruz qalanların 93%-i baş vermiş hadisədən dərin emosional sarsıntı keçirir, 82%-in isə peşə və sosial həyatında geriləmə müşahidə olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/533456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR