LG-nin gəlirləri proqnozları üstələdi

LG-nin gəlirləri proqnozları üstələdi
08:05 11 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"LG Electronics" şirkəti bu il martın 31-də yekunlaşmış birinci rübün nəticələri ilə bağlı ilkin (hələ dəqiqləşməmiş) məlumatı açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, LG bu müddət ərzində əməliyyat gəlirlərinin 820 milyon dollar təşkil etdiyini hesablayıb. Əvvəlki ilin analoji dövrü ilə müqayisədə əməliyyat gəlirlərinin təxminən 82% artımı gözlənilir ki, bu da mütəxəssislərin gözləntilərini üstələyir. Ekspertlər bu rəqəmin 460 milyon dollar təşkil edəcəyini proqnozlaşdırır.   
 
LG-nin dövriyyəsinin ilk rübdə 9,7 faiz artaraq 13 milyard dollara çatacağı güman olunur.
 
Qeyd edək ki, LG dəqiqləşdirilmiş maliyyə hesabatını aprel ayının sonunda açıqlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/533457.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR