Azərbaycanda məktəblərdə dərslər dayandırılacaq?

Azərbaycanda məktəblərdə dərslər dayandırılacaq?
15:42 7 Yanvar 2015
99 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda gözlənilən kəskin soyuq hava şəraiti ilə əlaqədar sabah orta məktəblərdə tədrisin davam etdirilib-etdirilməyəcəyi məsələsinə aydınlıq gətirilib.

Təhsil Nazirliyinin KİV və QHT-lərlə iş sektorunun müdiri Cəsarət Valehov Trend-ə deyib ki, hava şəraiti ilə əlaqədar orta məktəblərdə dərslərin dayandırılması barədə nazirlik tərəfindən hələ bir qərar verilməyib: "Əgər belə bir qərar verilərsə, bu barədə ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, sabah Bakıda və Abşeron yarımadasında qar yağacağı, çovğun olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sulu qar və qar yağacağı, yağıntının arabir intensivləşəcəyi ehtimalı var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317751.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR