“Google” məlumatları yoxlayan funksiya tətbiq etdi

“Google” məlumatları yoxlayan funksiya tətbiq etdi
08:22 11 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Google" korporasiyası bu gündən etibarən özünün axtarış və xəbər xidmətlərinə məlumatların yoxlanılması mexanizmi əlavə edir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Google" informasiyaların səhihliyini yoxlayan xüsusi resurslara, məsələn, "PolitiFact" və "Snopes"a daxil olmaq üçün istinadlar qoyur və ekranda həmin informasiyanın doğru olub-olmadığı görünür.
 
"The Verge" saytı yeni funksiyanın necə çalışdığına dair "skrinşot" da qoyub. Axtarışa daxil edilən sorğuda yazılıb: "27 milyon insan kölədir". Axtarış cümləsinin altında isə qeyd olunub: "PolitiFact tərəfindən faktoloji səhvlərlə bağlı yoxlanıb: praktik olaraq doğrudur". Bundan sonra sorğudakı məlumatı təsdiqləyən yazıya istinad göstərilir.
 
Lakin sayt qeyd edir ki, "Google"un funksiyası istifadəçilərin diqqətini faktları yoxlayan təşkilatlara cəlb edəcək və yalan xəbərlərin yayılmasını əngəlləyə bilməyəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/533459.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR