“Facebook Messenger”də süni intellekt peyda oldu

“Facebook Messenger”də süni intellekt peyda oldu
08:32 11 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Facebook Messenger"də süni intellektli virtual köməkçi peyda olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.
"M" adlı köməkçi danışıq zamanı ortaya çıxaraq istifadəçiyə kömək təklif edəcək və müxtəlif məsləhətlər verəcək.
 
Funksiya hazırda yalnız ABŞ ərazisində iOC və "Android" əməliyyat sistemləri ilə çalışan cihazlarda əlçatandır. Digər regionlarda isə yaxın atlarda əlçatan olacaq. Ötən ilin dekabrından xidmət test rejimində işləyirdi.
 
Köməkçi "M" söhbətin məzmununu təhlil edərək və konkret sözləri izləyərək müvafiq funksional imkanları aktivləşdirir. Məsələn, köməkçi istifadəçi adından stikerlər göndərə və taksi çağıra bilər. Digər imkanlar sırasında isə danışıq zamanı istifadəçilərin olduqları məkanlar barədə məlumat mübadiləsini, qrup çatında sorğu aparılmasını göstərmək olar.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/533460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR