Bakıda kafedə 41 yaşlı kişi bıçaqlandı

Bakıda kafedə 41 yaşlı kişi bıçaqlandı
08:33 11 Aprel 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda kafedə mübahisə zamanı 41 yaşlı kişi bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Lökbatan qəsəbəsində kafelərin birində dava baş verib. Nəticədə 1976-ci il təvəllüdlü Ağayev Elxan Şıxbaba oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Ağır xəsarət alan E.Ağayev 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/194573.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR