Hüseyniyyə nədir?

Hüseyniyyə nədir?
09:05 11 Aprel 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Kərbəla müsibəti İslam tarixinin ən faciəli və eyni zamanda ən mühüm, ibrətli səhnələrindən biridir.

Milli.Az islam.az-a istinadən bildirir ki, müqəddəslərimiz bu faciənin təsir gücünü hər zaman yaşatmağa müsəlmanları təşviq etmişlər. Əhli-beyti sevənlər təziyə məclislərini layiqincə təşkil etmək üçün xüsusi məkanlar hazırlamış və bunlara "hüseyniyyə", yəni "İmam Hüseynlə bağlı məkan" adını vermişlər. Hüseyniyyə əsasən, məhərrəmlik mərasimlərinin keçirilməsi üçün inşa edilir. Bununla yanaşı, ilin başqa günlərində də burada həm əlamətdar hadisələrlə bağlı mərasimlər keçirilir, həm də gündəlik ibadətlər yerinə yetirilir. Hüseyniyyəni məsciddən fərqləndirən əsas cəhətlərdən biri budur ki, öhdəsində qüsl olan adam məscidə girə bilməz, amma hüseyniyyədə qala bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/533463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR