Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
09:05 11 Aprel 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Əbülulla Gəncəvi küçəsində qeydə alınıb. "VAZ 2107" və "QAZ 24" markalı avtomobillərin toqquşması nəticəsində VAZ-da olan 1987-ci il təvəllüdlü Ələsgərov Ruslan Sənan oğlu və "QAZ 24"-də olan 3 qadın, 1988-ci il təvəllüdlü Məmmədova Aynur Qərib qızı, 1966-cı il təvəllüdlü Məmmədova Gülnara Rəşid qızı, 1974-cü il təvəllüdlü Məhərrəmov Məhəbbət Rəşid qızı müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
 
Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/533913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR