İşdən çıxarılan gənc özünü öldürmək istədi

İşdən çıxarılan gənc özünü öldürmək istədi
09:18 11 Aprel 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyanda intihara cəhd hadisəsi baş verib.

Hadisə rayonun 20 Yanvar küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 26 yaşlı Adil Yadigar oğlu Əliyev çoxlu dərman qəbul edərək özünə qəsd etmək istəyib. Yaxınları tərəfindən Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan A.Əliyevə ilk tibbi yardım göstərilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Yaxınlarının dediyinə görə, A. Əliyev çalışdığı şirkətdə işdən çıxarıldığı üçün belə bir addım atıb.

Faktla bağlı araşdırma aparılır. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/194575.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR