"Azəravtoyol"un avtomobili qəzaya düşüdü: yaralı var

"Azəravtoyol"un avtomobili qəzaya düşüdü: yaralı var
10:12 11 Aprel 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda "Azəravtoyol" ASC-nin əməkdaşı yol qəzası zamanı ağır xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, "Karl Marks dairəsi" kimi tanınan ərazidə "Qazel" markalı yük avtomobili ilə 1963-cü il təvəllüdlü Yusifov Maarif Baxış oğlunun idarə etdiyi "Azəravtoyol" ASC-yə məxsus xidməti avtomaşın toqquşub.

Nəticədə ASC-nin əməkdaşı M.Yusifov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisənin qeydə alındığı əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb ediliblər. İlkin ehtimala görə qəzaya səbəb "Qazel" markalı yük avtomobili olub. Belə ki, yük avtomobilinin sürücüsü STOP nişanının tələblərini pozaraq birbaşa dairəyə daxil olub və hərəkətini davam etdirib. Nəticədə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR