Qalmaqallı verilişin aparıcıları dalaşdılar

Qalmaqallı verilişin aparıcıları dalaşdılar
10:12 11 Aprel 2017
100 Maraqlı
Ölkə mətbuatı
A- A+

Beyaz TV-də yayımlanan "Söylemezsem olmaz"ın aparıcıları Ömür Varol və Nihat Doğan yumruq davasına çıxıblar.

Milli.Az axşam.az-a istinadən bildirir ki, proqramın qadın şərhçisi Bircan İpek niyə artıq şou xəbərlərini deyil, siyasi xəbərləri şərh etdiklərini soruşub. Ö.Varol da reytinqlərin yaxşı olduğunu, heç kimin şou ilə maraqlanmadığın və kifayət qədər bu tip xəbərlərin yayımlandığını bildirib. Mübahisə qızışdıqdan sonra N.Doğan da müzakirəyə qatılıb. O da, sadəcə, maqazin xəbərlərinin çoxalmasını istəyib.

Əsəbiləşən Ö.Varol bundan sonra, sadəcə, şou xəbərlərinin yayımlanacağını, özünün də verilişdə olmayacağını bildirib. Bundan sonra tərəflər arasında gərginlik bir az da artıb, telekanalın koridorundakı böyük davanı mühafizə xidmətinin əməkdaşları ayırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/533961.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR