Axtarışda olan 426 nəfər sərhəddə tutulub

Axtarışda olan 426 nəfər sərhəddə tutulub
10:14 11 Aprel 2017
68 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidməti tərəfindən 2017-ci ilin mart ayı ərzində dövlət sərhədini pozduqlarına görə 53 nəfər saxlanılıb.

 

DSX-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onların  19 nəfəri  Azərbaycan, 6 nəfəri Özbəkistan, 5 nəfəri Tacikistan, 5 nəfəri Pakistan, 3 nəfəri Gürcüstan, 3 nə­fəri Nigeriya, 2 nəfəri İran, 2 nəfəri Venesuela, 2 nəfəri Qırğızıstan,  hər ölkədən 1 nəfər olmaqla Qana, Türkiyə, Böyük Britaniya, Yunanıstan, Şri-Lanka vətəndaşları ol­ublar.

Bildirilir ki, sərhəd rejim qaydalarını pozarkən 654 halda 811 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

 

Bundan başqa, cina­yətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azər­baycan hüquq-mühafizə orqanları tərəfindən axta­rışda olan 426 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində isə 728,2 qram narkotik maddə aşkar edilərək götürül­üb.

 

Həmçinin qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində hə­ya­ta keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təq­ribən 230 min 571 manat olan qaçaqmal, o cümlədən  1 ədəd radiorabitə vasitəsi, 21400 Azərbaycan manatı, 7 000 ABŞ dolları, 1093 qram qızıl zinət əşyaları, 3 ədəd qayıq, 10 kiloqram süni balıq kürüsü, 6100 metr tor, 4360 qutu pirotexniki vasitə, 17147 qutu siqaret, 268 ədəd mobil telefon, 10427 ədəd müxtəlif növ dərman prepa­ratları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271857

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR