Bakıda liftdə yeniyetmə qıza təcavüz edildi

Bakıda liftdə yeniyetmə qıza təcavüz edildi
10:33 11 Aprel 2017
182 Ölkə
Ölkə mətbuatı
A- A+

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları yetkinlik yaşına çatmayan qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinən 30 yaşlı kişini axtarırlar.

Bakı Şəhər Baş Polis İdarəsindən "Sputnik Azərbaycan"a verilən məlumatda bildirilir ki, seksual xarakterli cinayətin qurbanı 12 yaşlı qız olub.

Naxçıvan küçəsində yaşayan qız aprelin 9-da saat 19:00 radələrində öz binalarında liftə girib. Onunla birlikdə liftə daxil olan naməlum şəxs qızı soyundurmağa çalışıb və eyni vaxtda ona qarşı seksual xarakterli hərəkətlər edib. Yeniyetmə cinayətkarın əlindən çıxıb qaça bilib.

Polisə şikayət ərizəsi ilə qızın anası müraciət edib. Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/194586.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR