Gecə yoldaşı evə gəlməyincə mənzilə od vurdu - "Arvadımı gətirin"

Gecə yoldaşı evə gəlməyincə mənzilə od vurdu - "Arvadımı gətirin"
10:37 11 Aprel 2017
100 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Tekirdağ rayonunun Süleymanpaşa mahalında həyat yoldaşının evə gəlməməsinə əsəbiləşərək evinə od vurduğu deyilən şəxs nəzarətə alınıb.

Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, Turqut Məhəlləsi Müəllim Vəli Küçəsindəki bir binanın son mərtəbəsində yaşayan İ.G. evinin qarşısında "Arvadımı gətirin, gətirməsəniz, evimi yandıraram" deyə qışqırıb. Həyat yoldaşının gəlmədiyini görüb evə od vuran İ.G. hadisə yerindən uzaqlaşıb.

Alovun yüksəldiyini görən qonşuların xəbərdarlığı sonrası hadisə yerinə gələn xilasetmə qrupları yanğına müdaxilə ediblər.

Yanğının söndürülməsinə rəğmən, ev tamamilə yanıb.

Hadisə yerində araşdırma aparan polis qrupları İ.G-ni saxlayıblar.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/533956.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR