“Milli”, “milliyət” anlayışları “etnik” və “etnik mənsubiyyət” anlayışları ilə əvəzlənir

“Milli”, “milliyət” anlayışları “etnik” və “etnik mənsubiyyət” anlayışları ilə əvəzlənir
10:38 11 Aprel 2017
107 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda mövcud qərarlarda və aktlarda “milli”, “milliyət” anlayışları müvafiq olaraq “etnik” və “etnik mənsubiyyət” anlayışları ilə əvəz olunur.

Bu dəyişikliklər 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədardır.

Bununla əlaqədar Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası”, “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”, “Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”, “Məzun evi” Sosial Müəssisəsinin Nizamnaməsi”, “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”, “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi” və digər qərarlarında müvafiq dəyişikliklər edib. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/194587.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR