Cari ilin yanvar-mart aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Milli.Az-a verilən məlumata görə,
2017-ci ilin yanvar-mart ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 1 miyard 420 milyon 746 min manat məbləğində vəsait ödənilib.
Bu, o deməkdir ki, Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 103,8% əməl olunub.
Pünhan Mirzə
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində