Nikaha girmək istəyən 9 nəfərdə QİÇS aşkarlandı

Nikaha girmək istəyən 9 nəfərdə QİÇS aşkarlandı
11:12 11 Aprel 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Mart ayı ərzində ümumilikdə nikaha daxil olmaq istəyən 9 min 471 nəfər şəxsin icbari tibbi müayinəsi həyata keçirilib.

Milli.Az xəbər verir ki, bunu lent.az-a açıqlamasında B .Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. 
 
Z.Əlimirzəyeva bildirib ki, ötən ay ərzində Azərbaycanda  nikaha daxil olmaq istəyən 274 nəfərin talassemiya daşıyıcısı olduğu aşkarlanıb: "Cəmi 2 cütlüyün hər ikisində bu qan xəstəliyi aşkar edilib.  İndiyə qədər 97 cütlük nikah müayinəsindən keçib. 2016-cı il ərzində hər ikisində bu xəstəlik aşkarlanan cütlüklərdən 5-i hamiləliyi pozmağı qərara alıblar. Hamiləlik vaxtı aparılan müayinə ilə körpədə talassemiya daşıyıcılığı üzə çıxan 20 cütlük isə hamiləliyin davam etdirilməsinə qərar verib. Yəni körpə valideynləri kimi daşıyıcı olsa da, sağlamdır".
 
Qurum rəsmisi əlavə edib ki, ötən ay  9 nəfərdə QİÇS, 36 nəfərdə isə sifilis xəstəliyi aşkarlanıb. Bu barədə müvafiq mərkəzlərə həmin cütlüklərlə bağlı geniş məlumat verilib. 
 
Z.Əlimirzəyeva bildirib  ki, ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin mart ayının sonuna qədər müayinədən 258 min 521 nəfər keçib: " Onlardan 11 min 215 nəfər talassemiya daşıyıcısıdır. 102 nəfərdə siflis, 184 nəfərdə isə QİÇS ortaya çıxıb".
 
Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında" Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR