"Bakıda gecəyarı olan kimi məni təbrik etdi" - Millimizin yeni üzvü

"Bakıda gecəyarı olan kimi məni təbrik etdi" - Millimizin yeni üzvü
11:12 11 Aprel 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az Azərbaycan millisinin yeni voleybolçusu Yelena Yakimçukun apasport.az-a müsahibəsini təqdim edir:

- Dünən 26 yaşınız tamam oldu. Ad gününüzü kiminlə və necə keçirdiz?

- Komandadakı rəfiqələrimlə birlikdə qeyd etdik. Adi ad günü idi. Tortla çay içdik. Təlim-məşq toplanışına başladığımızdan təmtəraqlı qeyd etməyimizə vaxtımız yoxdu. Amma burda elə qızlar var ki, şad günümü onlarla keçirirəm.
 
- Doğum gününü təmtəraqlı keçirməyi xoşlayırsız, yoxsa kiçik məclislərlə kifayətlənirsiz?

- Yaxın dostlarımla ailəmə üstünlük verirəm. Təəssüf ki, son illərdə ad günümü evdə ailəmlə keçirmək alınmır.
 
- Bəs onda ən yaddaqalan ad günün hansı olub və nə ilə əlamətdar olub?

- İllər elə sürətlə uçur ki, artıq onları bir-biri ilə qarşıdırıram. Hər ad günü öz-özlüyündə yaxşı olur. Hesab edirəm ki, bu dəfəki də əla alındı.
 
- Bu dəfə ilk təbriki kimdən aldız?

- Məni ilk təbrik edən yaxın dostum oldu. Bu da çox xoş idi. Çünki biz fərqli saat qurşaqlarındayıq. Amma o, bunu nəzərə alaraq, Bakıda gecəyarı olan kimi məni təbrik etdi.
 
- Hansı hədiyyəni xoşlayırsız?  

- Xüsusi hədiyyə gözləmirəm. Mənim üçün əsas diqqətdi. Bunun özü də xoşdu.
 
- Gələcək üçün planlarınız necədi? Sizi yeni mövsümdə yenidən "Azəryol"da görəcəyikmi?

- Növbəti illə bağlı konkret planlar yoxdu. Görək necə olur.
 
- "Azəryol"la Super Liqanın bombardiri olduğunuzdan Azərbaycan millisindən də dəvət aldız. Bu barədə nə deyə bilərsiz?

- Bəli, Azərbaycan millisinə ilk dəfə dəvət almışam. Hələlik ikinci yığmaya cəlb olunmuşam. Amma hər şey özümdən asılıdı. Çalışacam, məşq edəcəm ki, özümü yaxşı tərəfdən göstərim və əsas yığmanın heyətinə düşüm.
 
- Artıq hazırlığa start vermisiz. Məşq prosesi necə gedir?

- Məşqlərə yeni başladığımızdan hər şey xoşuma gəlir. Yaxşı məşqçilərlə intensiv sürətlə çalışırıq. Bundan artıq nə lazım ola bilər ki?
 
- Millimizi qarşıda İslam Həmrəyliyi Oyunları, dünya çempionatının seçmə və Avropa çempionatının final mərhələləri gözləyir. Komandamızdan gözləntiləriniz nədi?

- Əlbəttə ki, yığmanın yüksək nəticə göstərməsini istəyirik. Düşünürəm ki, belə də olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/533966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR