İnsan sağlamlığı üçün zərərli ət aşkarlandı

İnsan sağlamlığı üçün zərərli ət aşkarlandı
11:13 11 Aprel 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəki rayonunun Qoxmuq kəndində aşkarlanan yararsız heyvan cəmdəyi zərərsizləşdirilib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Publika.az-a verilən məlumata görə, qurumun Şəki Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Şəki Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Şəki rayonu, Qoxmuq kənd sakini Cabbarov Nyuvər Cəlal oğluna məxsus həyətə baxış keçirib. Baxış zamanı həyətdə mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, baytarlıq nəzarətindən keçməyən, antisanitar şəraitdə kəsilərək soyulmuş 1 baş iribuynuzlu heyvan cəmdəyi və daxili orqanlar aşkar edilib.

Aşkar edilmiş cəmdəkdən və daxili orqanlardan nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Həyətdə aşkar edilən ümumi çəkisi 46 kq olan heyvan cəmdəyi isə müayinələr başa çatana kimi saxlama kamerasına yerləşdirilib. Həmçinin baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt yazılaraq inzibati protokol tərtib edilib.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus, salmonella typfimurium) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin nümunələrin aqoniya vəziyyətində və ya öldükdən sonra (leş əti) kəsilmiş iribuynuzlu heyvan əti olması müəyyən edilib.

Laboratoriyanın müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq Şəki rayonu, Qoxmuq kənd sakini Cabbarov Nyuvər Cəlal oğluna məxsus həyətdə aşkarlanan və müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilmiş heyvan cəmdəyinin zərərsizləşdirilməsinə qərar verilib.

Qərara uyğun olaraq aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş iribuynuzlu heyvan cəmdəyi baytarlıq mütəxəssislərinin nəzarəti altında Şəki rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilərək basdırılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/194592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR