"Qalatasaray" qarışdı: futbolçular baş məşqçini söydü

"Qalatasaray" qarışdı: futbolçular baş məşqçini söydü
11:27 11 Aprel 2017
74 İdman
Ölkə mətbuatı
A- A+

Ötən axşam "Başakşəhər"ə 0:4 hesabı ilə uduzan "Qalatasaray"da ara qarışıb. Fanat.Az xəbər verir ki, bu barədə "Bəyaz TV"də yayımlanan "Dərin Futbol" proqramında şərhçi Ahmet Çakar açıqlama verib.


Ahmet Çakar iddia edib ki, baş məşqçi İqor Tüdorla bir neçə futbolçu arasında mübahisə yaranıb. Hətta onlar bir-birilərini təhqir ediblər. Futbolçuların baş məşqçinin üzərinə cumduğu, amma bir-birilərini vurmadan ətrafdakılar tərəfindən ayırıldıqları iddia olunub.


Ahmet Çakar Uesli Sneyderlə bağlı da iddialar səsləndirib. Şərhçi bildirib ki, holland futbolçu yaxınlarına prezident Dursun Özbək və rəhbərliyin İqor Tüdor vasitəsi ilə ona təzyiq etdiyini deyib. Ahmet Çakar Sneyderin oynamaq şansı qazansa da, qazanmasa da, müqaviləsinin sonunadək "Qalatasaray"da qalaraq pulunu alacağını bildirib.


Bu arada proqramın aparıcısı Ertem Şener də "Qalatasaray"da baş verənlərlə bağlı danışıb. Aparıcı bildirib ki, baş məşqçi ilə 2-3 futbolçu arasında problemlər yaranıb. O, həmçinin xorvat mütəxəssisin Lukas Podolskiyə mövsümün sonunadək ilk "11-lik"də oynamayacağı ilə bağlı xəbərdarlıq etdiyini deyib. Ertem Şener Podolskinin də İqor Tüdor haqqında "Məşqlərdə ancaq komandanı qaçırdır, başqa bir şey bilmir" dediyini iddia edib. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquot-qard-futbolcular-ba-mqcini-soydu-t57500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR