Əlimizdəki pulu TƏCİLİ manata dəyişək?

Son günlər dolların məzənnəsində ucuzlaşma müşahidə edilir. Belə ki, rəsmi məzənnəsi 1,7031 AZN olan dolları hazırda bəzi banklar hətta 1,65 AZN-ə satır. "Qara bazar"da isə vəziyyət daha acınacaqlıdır. Qəfil ucuzlaşmadan qorxan işbazlar dollar alışını həyata keçirmirlər.

Dolları olduğu kimi saxlayaq, yoxsa təcili manata çevirək?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Samir Əliyev bildirdi ki, dollar bir qədər də ucuzlaşa bilər:

“Bu gün dolların ucuzlaşması heç də iqtisadi amillərlə bağlı deyil. Daha çox inzibati amillərlə bağlıdır. Məzənnənin oynaması banklarda əlavə gəlir deməkdir. Bu gün banklar dolların alış-satışı ilə pul qazanırlar. Fevral ayında bankların qeyri-faiz gəlirləri müsbət olub. Halbuki, yanvar-dekabr aylarında bir qədər zərər var idi. İndiki halda neftin qiyməti müəyyən qədər manatı saxlamağa imkan verir. Neft Fondundan Mərkəzi Banka 7.5 milyard pul ayrılması nəzərdə tutulub. Bu pul manatın məzənnəsini idarə etməyə imkan verəcək. Fövqəladə proseslər baş verməsə, təbii ki, manatın məzənnəsində kəskin bir dəyişiklik baş verməyəcək. Dolların kəskin ucuzlaşmasını da gözləmirəm. Amma ola bilsin ki, bir qədər ucuzlaşsın. Ucuzalaşma baş verəcəksə, bu, qısamüddətli olacaq. Hazırda uzunmüddətli dövr üçün ən etibarlı valyuta dollardır”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR