“Əlimizdə dəlillər var” – Moskvaya Əsədsiz Suriya ÇAĞIRIŞI

“Əlimizdə dəlillər var” – Moskvaya Əsədsiz Suriya ÇAĞIRIŞI
11:33 11 Aprel 2017
116 Dünya
Ölkə mətbuatı
A- A+

"Bəşər Əsəd rejiminin əlində hələ də kimyəvi silahlar var".

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Əlimizdəki dəlillər Suriya rəhbərliyinin hələ də kimyəvi silah arsenalına sahib olduğunu göstərir. Əsədsiz Suriya üçün Rusiya razı salınmalıdır”, - o, Suriya mövzusu üzrə G7 (“Böyük yeddilik”) zirvəsindən sonra danışıb.

Qeyd edək ki, ABŞ aprelin 4-də vurduğu Suriyanın hökumət qüvvələrinə aid Şayrat hərbi hava bazasında kimyəvi silah anbarlarının olduğunu iddia edib. ABŞ-ın iddiasına görə, raket zərbələri də Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirilib. İblibə kimyəvi silah atan təyyarələrin də həmin bazadan qalxdığı bildirilir.

Kremlin sözçüsü Dmitri Peskov isə xatırladıb ki, Suriya ordusu kimyəvi silah ehtiyatlarına malik deyil və Suriya silahlı qüvvələrinin arsenalında olan kimyəvi silahın bütün ehtiyatlarının məhv edilməsi faktı BMT-nin ixtisaslaşdırılmış qurumu tərəfindən təsdiq edilib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə kimyəvi silahla bağlı iddiaların 2003-cü il İraqa müdaxilə öncəsi yaranan vəziyyəti yada saldığını vurğulayıb. O xatırladıb ki, Qərb İraqda kütləvi qırğın silahlarının olduğunu iddia edərək bu ölkəyə müdaxilə edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR