Kirayənişin ev sahibini niyə qətlə yetirib?

Daxili İşlər Nazirliyi (DİN) Bakıda ev sahibinin kirayənişin tərəfindən qətlə yetirilməsi barədə məlumat yayıb.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, aprelin 10-da Bakı şəhər sakini Fial İsmayılov Suraxanı rayonunun Binə qəsəbəsindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən, həmin evdə kirayə yaşayan Gürcüstan vətəndaşı İlkin Əhmədov tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR