AZAL antirekordu təkrarladı

AZAL antirekordu təkrarladı
12:07 11 Aprel 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XXV turunda “Sumqayıt”la qarşılaşan AZAL mövsümdə 17-ci məğlubiyyətini alıb. Fanat.Az xəbər verir ki, 1:2 hesabı ilə uduzan paytaxt təmsilçisi bununla da tarixinin antirekordunu təkrarlayıb. 


Belə ki, 2005/06 mövsümündən güclülər dəstəsində çıxış edən AZAL bir turnirdə ən pis halda 17 dəfə uduzub. Həmin antirekord 2013/14 mövsümündə qeydə alınıb. Lakin 3 il öncə bakılılar daha çox - 36 matçda 17 məğlubiyyətə üzülüb. 2016/17 mövsümündə özünün antirekordunu təkrarlayan AZAL artıq 25 qarşılaşmada 17 dəfə xalsız qalıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azal-antirekordu-tkrarlad-t57502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR