Peyğəmbərin karikaturasını çəkən jurnala hücum

Peyğəmbərin karikaturasını çəkən jurnala hücum
15:46 7 Yanvar 2015
120 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın paytaxtı Parisdə yumorostik jurnal olan "Charlie Hebdo"nun mərkəzinə hücum olub. İki naməlum şəxs jurnalın Nicolas Apper küçəsindəki mərkəzinə silahla basqın edib.

ANS PRESS-in "Reuters"ə istinadla verdiyi məlumata görə, silahlı şəxslərin basqını insan itkisi ilə nəticələnib. İlkin məlumata görə, hadisə nəticəsində 10 nəfər ölüb.

AFP agentliyi isə ölü sayının 1 olduğunu qeyd edib.

Jurnal daha öncə Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarını çəkərək yerləşdirdiyi üçün sərt reaksiyalara səbəb olmuşdu.

Hücumcular qaçanda hadisə yerinin yaxınlığında olan bir polis maşınını da atəşə tutublar. Hadisə şahidləri azı 30 güllə səsi eşitdiklərini deyiblər.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318205

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR