İmtahan nəticələri açıqlandı

İmtahan nəticələri açıqlandı
12:18 11 Aprel 2017
364 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya keçirilmiş qəbul imtahanının I mərhələsinin nəticələrini elan edib.

DİM-dən Publika.az-a verilən məlumata görə, namizədlər qurumun internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1077 namizəddən 11 nəfəri imtahana gəlməyib. 1 namizəd imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub. 664 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb.

Ən yüksək nəticə, toplanılması mümkün olan 100 baldan, 83 bal olub.

Qeyd edək ki, rezidenturaya qəbul imtahanının II mərhələsi iyulun 5-də keçiriləcək və namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/194603.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR