Azərbaycanda qrip təhlükəsi varmı? - Rəsmi açıqlama

Azərbaycanda qrip təhlükəsi varmı? - Rəsmi açıqlama
12:22 11 Aprel 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Hazırda Azərbaycanda qrip təhlükəsi yoxdur, vəziyyət normaldır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev Rusiyanın bəzi bölgələrində qripin yayılmasının Azərbaycana təsirinin mümkünlüyünü izah edərkən deyib.

İ.Ağayev əlavə edib ki, Rusiyada qripin yayılmasının Azərbaycan üçün təhlükəsi yoxdur:

"Azərbaycanda insanlar arasında qripə yoluxanlar ola bilər, ancaq bu, normal haldır, təhlükə demək deyil. Azərbaycan səhiyyə sistemi tərəfindən bütün qabaqlayıcı tədbirlər aparılır. Əgər ölkədə təhlükəli vəziyyət olsaydı, biz əvvəlcədən əhalini xəbərdar edərdik, qripdən qorumaq üçün lazımi tədbirlər aparardıq. Hazırda ölkədə belə bir təhlükə olmadığı üçün narahat olmağa əsas yoxdur".

Qeyd edək ki, Rusiyanın 3 regionu hələ də kəskin qrip virusu təhlükəsi ilə üz-üzədir, bu səbəbdən 15 məktəbdə dərslər dayandırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR