DİQQƏT: Qrip olanda bu dərmanları bir-birinə qatıb içməyin

Qrip nəfəs yollarının kəskin infeksiya xəstəliyidir.

Metbuat.az xəbər verir ki, əsas simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və ümumən narahatlıqdır. Bunların arasında boğaz ağrısı, qızdırma və öskürək ən çox rast gəlinənləridir. Qrip kəskin şəkildə olduqda sətəlcəm ilə nəticələnə bilər, bu isə ölümə gətirib çıxarar.

Qripin və soyuqdəymənin müalicəsi müasir həyatın ən böyük problemlərindən birinə çevrilib. Bu xəstəlikdən bütün insanlar, kiçikdən tutmuş yaşlılara qədər əziyyət çəkir.

İnsanlar qriplə mübarizədə bir çox üsullardan istifadə edir. Bunun üçün təbii otlar və apteklərdə xüsusi preparatlar mövcuddur. Bəs, aptekdən alıb içdiyiniz qrip əleyhinə dərmanların sağlamlığınıza ziyan verdiyini bilirdiniz?

Araşdırmamız zamanı məlum oldu ki, çox insan qrip əleyhinə “Teraflyu” və “Nimesil” preparatlarından istifadə edir. Effektli üsul olduğunu və tez bir zamanda sağaldıqlarını deyənlər çoxdur. Bu dərmanların əks təsirləri varmı? Tərkibini bilmədiyiniz preparatlar sizi sağaldır, yoxsa öldürür?

Suallarımızı tibb üzrə fəlsəfə doktoru Mehriban İbrahimova cavablandırıb: “Hər bir dərmanın əks təsiri var. Bu iki dərmanın isə tərkibi bir-birinə tamamilə əksdir. “Teraflyu”n tərkibi başqa kimyəvi qrupdur, "Nimesil” isə başqa. Onlar bir-birinə qarışa bilməz. Əks halda dəridə səpgilər, hətta praktik şok reaksiyası yarada bilər".

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR