"Satın Sneyderi, Semih həmişə oynasın. Rəzil və bacarıqsızlar!" - FOTO

"Satın Sneyderi, Semih həmişə oynasın. Rəzil və bacarıqsızlar!" - FOTO
13:05 11 Aprel 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Superliqasının XXVII turunda "Başakşəhər"ə səfərdə böyük hesabla uduzan "Qalatasaray" turnir cədvəlinin 4-cü pilləsinə yuvarlanmaqla yanaşı, Çempionlar Liqasına vəsiqə şansını minimuma endirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "sarı-qırmızılılar"ın 4 cavabsız qolla yenilgisini azarkeşləri qəbul edə bilmirlər.

"Cim-bom" fanatları bu nəticədən sonra başda klub prezidenti Dursun Özbək olmaqla, baş məşqçi İqor Tudoru istefaya səsləyir və əksər futbolçuların göndərilməsini tələb edirlər.
 
"Kasımpaşa" ilə qarşılaşmadan sonra ən çox tənqid obyektinə çevrilən futbolçu isə Semih Kaya olub. Çünki 66 dəqiqə meydanda qalan mərkəz müdafiəçisi bu müddətdə 6 təkbətək mübarizənin yalnız 1-dən qalib ayrıla bilib. Üstəlik, buraxılan qollarda da səhvi olması azarkeşlərin sosial şəbəkələrdə onu hədəf seçmələrinə səbəb olub.
 
"Qalatasaray" azarkeşlərinin bir neçə maraqlı "tvit"ini təqdim edirik:

- Rəqib futbolçuları zərərsizləşdirə bilirsən, amma öz oyunçunun qarşısını almaq mümkün olmur.
- Emmanuel Adebayor onu "tutan" Semih Kayadan az pul qazanır. Bu, hər şeyi deyir.

- Tudorun Semih Kaya israrı və tez-tez yeniliklər axtarması komandaya zərər vurur.
- Semih oynamasın, 10 nəfərlə çıxış edək.

- Rəqibin heyətində Semih Kaya adlı bir futbolçu var, maşallah, "möhtəşəm assistlər" edir.
- Semih meydanda oyunu çox gözəl izləyir.

- Nümunəvi oyunçu hava topuna yüksəlir.
- Nəyə görə tullandığını sən özün də bilmirsən, düzdü?

- Semih Kayanı izləyən "Yuve" skautunun məyusluğu.
- Satın Sneyderi, Semih həmişə oynasın. Rəzil və bacarıqsızlar!
- Musleranın yerində olsaydım, əlimə ocaq götürüb Semih Kayanı yumruqlayardım.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534010.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR