Bu yol da bağlanır

Bu yol da bağlanır
13:18 11 Aprel 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün axşam 22:00-dan Heydər Əliyev prospektinin "Böyük Şor" yol qovşağından şəhər mərkəzinə doğru olan istiqamət üzrə köməkçi yolda aparılacaq. Bu müddət ərzində prospektin köməkçi yolu ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılaraq əsas yola yönəldiləcək.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, rəngləmə işləri səhər saatlarınadək başa çatdırılacaq.

Bundan başqa, sabah səhər saatlarından etibarən Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsində isə təmir işləri ilə əlaqədar olaraq 2 gün ərzində hərəkət qismən məhdudlaşdırılacaq.

Məhdudlaşdırma küçədə təmir işlərin aparıldığı hissələr üzrə tətbiq ediləcək. "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/194612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR