Moda biznesində ilk o oldu - FOTO

Moda biznesində ilk o oldu - FOTO
13:27 11 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Əslən qanalı olan, Londonda yaşayan Edvard Enniful indi dünya moda biznesinin ən nüfuzlu, önəmli insanlarından birinə çevrilib.

O, moda aləminin ən nüfuzlu jurnallarından sayılan "Vogue UK"nın baş redaktoru təyin olunub.

Milli.Az Fashion TV-yə istinadən bildirir ki, Edvard Enninful baş redaktor postunda Aleksandra Şulmanı əvəzləyəcək. A.Şulman yanvar ayında istefa verdiyini bildirmişdi.

Condé Nast International-ın eksperti Conatan Nyuhausun dediyinə görə, Enninful moda biznesi ilə yanaşı, Hollivudda və musiqi sahəsində tanınan fişurdur.

O, 2011-ci ildən bəri "W Magazine"in moda və kreativ direktoru idi.

19 yaşında "İ-"D jurnalında prodüser, model və rejissor olmuş E.Enninful hazırda Mark Ceykobsla qeyri-rəsmi nikahdadır.

E.Enninful dünya moda biznesində moda jurnalına rəhbərlik edəcək ilk kişi baş redaktordur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/533937.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR