Dollarla əməliyyatların həcmi 3 dəfədən çox azalıb

Dollarla əməliyyatların həcmi 3 dəfədən çox azalıb
13:34 11 Aprel 2017
102 Digər
Ölkə mətbuatı
A- A+

2017-ci ilin fevral ayında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb.

 

"APA-Economics" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə xarici valyuta əməliyyatlarının həcmi 3,18 dəfə  azalıb.

 

Son 1 ildə ABŞ dolları ilə əməliyyatların həcmi 3,21 dəfə azalıb. Başqa sözlə, fevralda  ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 247 mln. 736,3 min ABŞ dolları olubsa, 2016-cı ilin fevralında 796 mln. 463,3 min manat təşkil edib.

 

Bu ilin fevral ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı

125 mln. 4 min ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 2,62 dəfə azdır. Fevralda nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 122 mln. 732,3 min ABŞ dolları alınıb. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 3,82 dəfə azdır.

 

Bu ilin yanvar ayı ilə müqayisədə fevralda banklar tərəfindən dollar alışı 1,95 dəfə artaraq 122 mln. 732,3 min ABŞ dolları təşkil edib. Bunun əksinə dollar satışı 1,04 dəfə azalıb. Bu məlumatların təhlili göstərir ki, əhali dollar satışını artırıb, alışını isə azaldıb.

 

2016-cı ilin fevralı ilə müqayisədə ötən ilin eyni dövrü ilə müqayisədə avro ilə əməliyyatların həcmi isə 3,91 dəfə azalıb. Başqa sözlə, bu ilin fevralında avro ilə mübadilə əməliyyatlarının həcmi 29 mln. 821,4 min avro olubsa, 2016-cı ilin eyni dövründə bu göstərici 116 mln. 467,1 min avro təşkil edib.

 

Fevralda nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 18 mln. 125,3 mln. avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 3,94 dəfə azdır. Hesabat dövründə nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 11 mln. 696,1 min avro alınıb. Bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,85 dəfə azdır.

 

Bu ilin yanvar ayı ilə müqayisədə fevralda banklar tərəfindən avro alışı 1,95 dəfə artaraq 11 mln. 696,1 min avro təşkil edib. Bunun əksinə avro satışı 1,23 dəfə artıb. Bu məlumatların təhlili göstərir ki, yanvarla müqayisədə fevralda əhali avro satışını artırıb, avro alışında da artım qeydə alınıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271893

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR