Varlı qızla evlənmək üçün "Milyonçu" verilişinə çıxan oğlan tərk edildi

Varlı qızla evlənmək üçün "Milyonçu" verilişinə çıxan oğlan tərk edildi
13:42 11 Aprel 2017
119 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Kim Milyoner Olmak İster?" verilişinə sevgilisinə dəstək üçün qatılan Burak Kayacanlı tərk edilib. Sevgilisi onu alçaltdığını düşünən Burakdan ayrılıb.

Milli.Az Sabah-a istinadən xəbər verir ki, Burak Kayacanlı evlilik xəyalları quran tələbə bir gəncdir. Sevdiyi qızı ələ almaq və onun yaşayış tərzinə çata bilmək üçün ötən həftə Murat İldırımın təqdim etdiyi, ATV -də yayımlanan "Kim Milyoner Olmak İster?" yarışına qatılıb. Müsabiqədə zəngin sevgilisinin maddi vəziyyətinə çata bilmək üçün qatıldığını açıqlayınca birdən maraq mərkəzinə düşüb. Kayacanlı yarışmadan 7 min 500 lirə pul mükafatıyla ayrılıb. Ancaq yarışa qoşulma səbəbini açıqladığı üçün sevgilisi tərəfindən tərk edilib.

Kayacanlı olanları belə izah edib:

"2.5 illik əlaqəmiz var idi, amma atasının qarşısına çıxacaq vəziyyətim yox idi. "Evlənək" dediyimdə mənə "İşin gücün yoxdur, səni bu vəziyyətdə atamla necə tanış edim?" deyincə mən də yarışa qatılmağa qərar verdim. "Kim Milyoner Olmak İster?"ə sənin üçün qatılıram" dedim və müsabiqə zamanı da bu gerçəyi açıqladım. Mən sevinər deyə düşünərkən, "Belə bir şeyi necə deyə bilərsən?" deyə mənimlə dalaşdı. Ətrafımdakı insanlar "Halal olsun, yaxşı cəsarətdir" deyərkən, sevgilim onu alçaltdığımı düşünüb məndən ayrıldı. Əlaqəmiz yarışmadan bir həftə sonra bitdi".

"Pulun yoxsa, eşq yalan"

Kayacanlı "Həqiqəti söylədiyiniz üçün peşmansınızmı?" sualına belə cavab verib: "Xeyr, deyiləm. Nəticədə mən bu əlaqədə pulun əhəmiyyətli olduğunu bilirdim. Mən onu hələ də sevirəm, amma artıq bir yerdə olmayacağımız dəqiqdir. Pulun yoxsa, eşq yalan. Məncə, bir münasibətdə eşq yüzdə 30, pul yüzdə 70. Mən sevgim üçün əlimdən gələni etdim, amma o qaçıb getdi. Zorla gözəllik olmaz, özü bilər".

''Modellik təkliflərini dəyərləndirəcəm"

Marmara Universiteti İqtisad Fakültəsi üçüncü kurs tələbəsi olan Kayacanlı aldığı modellik təkliflərini dəyərləndirəcəyini və bu sektora girmək istədiyini söyləyib. Kayacanlı "Xarici görünüşün yaxşıdır" dedilər. Mən də modelliyi sınamaq istəyirəm. Ondan sonrası necə olacaq deyə bilmərəm".

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/533949.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR